Rusiya mənbələri helikopterin vurulmasının videosunu da yayıb, Moldova tərəfi isə Kiyevlə ilə əlaqə nəticəsində Ukrayna PUA-sının helikopteri vurmasını inkar etdiyini açıqlayıb. Onda nə baş verib, rus “səhnələşdirməsi” olub? Bəs hansı məqsədlə? Əlbəttə, çətin ki, rəsmi Kiyev Ukraynaya məxsus PUA-nın Dnestryanı bölgədə hərbi helikopteri vurduğunu dərhal etiraf edərdilər, lakin bəlkə də heç bir variantı, hətta “üçüncü əl” variantını da istisna etmək olmaz.
Axı Türkiyə Rusiyaya məxsus hərbi təyyarəni vuranda həm Ankara, həm də Moskva, əlbəttə, həqiqətən buna inanıb-inanmamasından asılı olmayaraq, “üçüncü əl” variantını “tanıyırdı”. Sadəcə olaraq, istənilən genişmiqyaslı hərbi əməliyyatlar zamanı, şübhəsiz ki, “əllər” çox olur və söhbət Ukrayna müharibəsindən gedirsə, bu, daha çox olur. Bir şey şübhəsizdir ki, Rusiya prezident seçkiləri günü bəlkə də heç də təsadüfi olmayan “paralel”lə kimsə əlini Dnestryanı bölgəyə aparıb.
Dnestryanı bölgə, eləcə də Moldovanın digər muxtariyyəti olan Qaqauziya ətrafındakı hadisələrin, belə demək mümkündürsə, gərginliyin əhəmiyyətli dərəcədə artması tendensiyası ilə inkişaf etdiyi açıq-aşkar olmasaydı, bu, özlüyündə bu qədər diqqətəlayiq olmazdı. Bundan əvvəl siyasi “təxribatlar” olubsa, Dnestryanıdakı separatçılar kömək üçün Putinə müraciət edibsə, Qaqauziya rəhbəri birbaşa Rusiyada Putinlə görüşübsə və Moldovanın qarşısında kömək istəyibsə, Fransa Prezidenti Parisdə Moldova Prezidentini qəbul edib və onunla təhlükəsizlik sazişi imzalayıb.
Paralel olaraq, Fransa Prezidenti açıq mətnlə elan edir ki, Odessada Fransa hərbi qüvvələrinin yerləşdirilməsini istisna etmir. Odessa isə Dnestryanı bölgəyə quru yolunda yerləşir. Rusiya prezident seçkiləri günü isə Dnestryanı bölgədə PUA insidenti baş verir, Putin də seçki gününün sonundakı çıxışında onların çox böyük planlarının olduğunu açıqlayır.
Əlbəttə, Dnestryanı bölgənin həmin planlarda harada yer aldığı bəlli deyil, lakin onun mövcudluğu şübhə doğurmur, çünki Qara dəniz hövzəsinin geosiyasi status-kvo məsələsi dünya nizamının qarşıdurmasının əsas məsələlərindən biridir. Bunun bariz sübutlarından biri NATO-nun Rumıniya sahillərində 10.000 nəfərlik hərbi qüvvə üçün Avropada ən böyük hərbi baza tikməsidir.
Asif Cəfərov
Ordu.az